Türkiyədə 22 yaşlı azərbaycanlı tələbə qız motosikletlə qəzaya düşüb.
Unikal.org xəbər verir ki, qəza dünən axşam saat 19.30 radələrində Uşak-İzmir yolunda baş verib. Uşakdan Hacıkadem istiqamətində gedən E.Y. (52) idarə etdiyi 64 DF 110 dövlət nömrəli avtomobili ilə kuruqdan dönərkən qarşıdan gələn 20 GC 609 dövlət nömrəli motosikletə çırpılıb.
Qəza nəticəsində motosikletin 23 yaşlı sürücüsü H.H və onun sərnişini, 22 yaşlı Azərbaycanlı qız B.K yaralanıblar. Uşak Üniversitetinin tələbələri olan H.H və B.K xəstəxanaya yerləşdirilib və həyatı təhlükələrinin olmadığı açıqlanıb. Cütlüyün sevgili olduğu da istinsna edilmir.
Polis qəzayla bağlı araşdırmaya başlayıb.