Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi şəxs Rusiyada saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən xəbər verir ki, Çingiz Qasımov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci - dələduzluq - maddəsi ilə axtarışda olub.

O, daha sonra Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.