Unikal.org xəbər verir ki, VIII turun açılış matçında "Qəbələ doğma azarkeşlər önündə "Neftçi ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qol 14-cü dəqiqəyə təsadüf edib. Ceyms Adeniyi komandasını hesabda önə çıxarıb. İkinci qol isə 57-ci dəqiqədə vurulub. Stiven Monroz hesab arasındakı fərqi artırıb.
Ceyms Adeniyi 77-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub. Meydan sahiblərinin heyətində Təmkin Xəlilzadə 67-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 90+4-cü dəqiqədə Kvame Karikarı qonaqların təsəllini qoluna imza atıb.
Bu nəticədən sonra "Qəbələ xallarının sayını 8-ə yüksəldərək, 5-ci pillədə qərarlaşıb. Premyer Liqada ilk məğlubiyyətini alan "Neftçi isə 19 xalda qalıb.
Qeyd edək ki, günün digər matçında "Qarabağ "Səbaili qəbul edəcək. Tura sabah keçiriləcək "Sumqayıt - "Sabah və "Keşlə - "Zirə matçları ilə yekun vurulacaq.