Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının finalına vəsiqə qazanıb.

Unikal.org xəbər verir ki, 48 kq çəkidə dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Koreya Xalq Demokratik Respublikasının idmançısıSonhyanq Kimi məğlubiyyətə uğradıb və gümüş medalı təmin edib- 4:2 .

7 qat Avropa və birqat dünya çempionu olan idmançı finalda mundialın son qalibi yaponiyalı Yui Susaki ilə qarşılaşcaq. 30 yaşlı idmançı1/8 finalda isveçli Fredrika İda Peterssonu, 1/4-də isə çinli  Yanan Sunu üstələyib.

Bu gün mübarizəyə qoşulan Elmira Qəmbərova təsnifat mərhələsində,Anjela Doroqan1/4 finalda,Alyona Kolesnik isə1/8 finalda məğlub olublar.

Qeyd edək ki, Mariya Stadnikin final görüşü sabah keçiriləcək. Azərbaycanın digər qadın idmançısıİrina Netreba isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq.