Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

Unikal.org xəbər verir ki, həftənin oyunları iki günü əhatə edəcək. Açılış matçı Masazırda olacaq. "Əlincə Arenada "Sabah "Zirəni qəbul edəcək. Bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə debütant 2 cavabsız qolla qalib gəlib. "Sabah hazırda 13 xalla 4-cü pillədə qərarlaşıb. "Zirə isə 4 xalla sonuncu - 8-ci yerdədir.

Günün ikinci dueli "Sumqayıt və "Qəbələ kollektivləri arasında olacaq. "Kapital Bank Arenada təmir işləri aparıldığı üçün matç "Dalğa Arenada keçiriləcək. Qonaqlar ötən tur evdə "Neftçini 3:1 hesabı ilə məğlub etməklə, uğursuz gedişata son veriblər. Meydan sahibləri isə ardıcıllıqla "Səbailə 2, "Sabaha isə 1 cavabsız qolla uduzublar.

Bu komandaların ilk dövrədəki qarşılaşmasında heç-heçə qeydə alınıb - 1:1. "Sumqayıt əvvəlki 25 çempionat oyununun 16-da "Qəbələyə uduzduğu halda, 2 dəfə qələbəyə sevinib. Sumqayıtlılar son 5 görüşdə qələbə qazanmayıb. "Qırmızı-qaralar əvvəlki matçların hamısında rəqib qapısına yol tapıb. "Sumqayıt 10 xalla 5-ci, "Qəbələ isə 8 xalla 6-cı pillədədir.

Bazar günü əvvəlcə "Səbail "Keşləni qəbul edəcək. Bu komandaların ilk dövrədəki oyununda "dənizçilər 2:1 hesabı ilə qalib gəlib. Çempionat matçlarının statistikasında isə bərabərlik hökm sürür. Tərəflər hərəyə 2 qələbə qazanmaqla yanaşı, bir matçda da heç-heçə ediblər.

"Keşlə son üç görüşdə meydanı qolsuz tərk etməyib. "Səbailin hər iki ev oyununda 1 qol vurulub.

"Səbail ötən tur "Qarabağa 1 cavasız qolla uduzsa da, əsasnaməni pozan Ağdam klubuna texniki məğlubiyyət verilib. "Keşlə isə cari mövsümdə ilk qələbəsini ötən həftə "Zirə üzərində əldə edib - 1:0. "Səbail 13 xalla 3-cü, "Keşlə isə 5 xalla 7-ci yerdədir.

Turun son oyununda milli çempionatların daimi iştirakçıları - "Neftçi və "Qarabağ komandaları üzə-üzə gələcək. Bu kollektivlərin ilk dövrədəki duelində 1:1 hesablı heç-heçə qeydə alınıb. Əvvəlki 73 çempionat oyunundan 19-da bakılılar, 27-də isə ağdamlılar qalib gəlib. Buna rəğmən, "köhlən atlar 3 oyundur rəqibini üstələyə bilmir. "Ağ-qaralar isə ardıcıl 5 ev matçında qələbə qazanmır.

"Neftçi 2013-cü ildə arıcıl 3-cü dəfə Premyer Liqanın qızıl medallarına sahib çıxandan sonra estafeti "Qarabağa verib. Lakin hazırda paytaxt komandası 19 xalla 1-ci pillədə qərarlaşıb. Çempion isə 16 xalla 2-ci sıradadır.

Son tur hər iki komanda üçün uğursuz alınıb. "Qarabağ texniki məğlubiyyətə üzülübsə, "Neftçi cari çempionatda ilk dəfə uduzub.

Bombardirlik yarışında 3 futbolçu ön plana çıxmağı bacarıb. "Səbailin forvardı ilk 4 turda 5 qol vursa da, son 4 matçda rəqib qapısına yol tapa bilməyib. "Neftçidən Baqali Dabo ilə "Qarabağın hücumçusu İnnosent Emeqarının hesabında isə 4 qol var.






Azərbaycan Premyer Liqası

IX tur



27 oktyabr (şənbə)



16:00. "Sabah - "Zirə

Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Cəmil Quliyev, Rəhim Həsənov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Məlik Həsənov

"Əlincə Arena

I dövrə - 2:0

18:00. "Sumqayıt - "Qəbələ

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cavanşir Yusifov, Ramil Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

"Dalğa Arena

I dövrə - 1:1

28 oktyabr (bazar)



15:00. "Səbail - "Keşlə

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

"Bayıl Arena

I dövrə - 2:1

17:00. "Neftçi - "Qarabağ

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Füzuli Nəcəfov

AFFA nümayəndəsi: Şaiq Həmidov

"Bakcell Arena

I dövrə - 1:1

Qeyd edək ki, turun bütün görüşləri "CBC Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq.