Bundesliqanın 9-cu turunda keçirilən Dortmund "Borussiya ilə "Herta arasındakı oyunda ixtişaş baş verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, polislərlə fanatlar arasında qarşıdurma yaranıb. Qarşıdurmaya səbəb qonaq fanatların stadionda pirotexniki vasitələrdən istifadə etməsi olub.
Bundan əlavə, fasilə zamanı arenanın tualetində də azarkeşlər polislərə hücum ediblər. İğtişaş nəticəsində 45 nəfər yaralanıb.
Polis əməkdaşlarından da beşinin xəsarət aldığı bildirilir. İnsident iştirakçılarından neçəsinin saxlandığı barədə məlumat verilmir.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.