"Başakşəhərin futbolçusu Arda Turanın keçən həftə övladı dünyaya gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli futbolçu ilə həyat yoldaşı Aslıhan Doğan oğullarının dünyaya gəlməsi münasibətiylə 41 qoyun kəsdirib.

Uşağa Arda Həmzə adı verən cütlüyün qoyun ətlərini ehtiyacı olan ailələrə bağışladığı bildirilir.