Gəncə sakini yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Unikal.org report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Nizami Məmmədəli oğlu Rəfiyev yaşadığı evdə ehtiyatsızlıqdan ayağı maneəyə ilişərək yıxılıb. Nəticədə o, ağır kəllə-beyin travması alıb. Xəstəxanaya yerləşdirilən N.Rəfiyev göstərilən tibbi yardımlara baxmayaraq orada ölüb.
Faktla bağlı araşdırma aparılır.