Rusiyada xeyli məşhur olan azərbaycanlı bloger Hüseyn Həsənovun mühafizəçisi Moskvanın mərkəzində zəncirvari qəza törədərək, bir neçə avtomobilə ziyan dəyib.
Unikal.org xəbər verir ki, Hüseyn Həsənov bütün xərcləri öz üzərinə götürüb. Həsənov özünün "İnstagram səhifəsinin "history bölməsində qeyd edib ki, mühafizəçisi məşhur Mixael Şumaxerin yolunu getmək istəyib, amma bir neçə maşını əzib.
"Mühafizəçimi işdən qovmaq fikrim yoxdur. Necə də olmasa, əzilən dəmirdir. Əsas odur ki, hamı sağ-salamatdır. Onun xəsarət yetirdiyi bütün avtomobillərə dəymiş zərəri ödədim, - Həsənov yazıb.