Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulan şəxsin əməllərindən zərərçəkənlərdən biri tanınmış saatsaz Hacı Fətəliyevdir.
Unikal.org xəbər verir ki, bu barədə Open.az-a açıqlama verən H. Fətəliyev qeyd edib ki, DTX tərəfindən tutulan Rzamin Həşimov bir neçə ay əvvəl ondan dələduzluq yolu ilə 7500 manat pul alıb: "Rzamin mənə dedi ki, təhlükəsizlik orqanlarında çalışır və mayor rütbəsi daşıyır. Mənim balaca övladımı işə düzəltmək üçün 15 min pul istədi. Ona başlanğıc üçün 7500 verdim. Pulun qalan hissəsini isə işi düzəldəndən sonra verəcəkdim. Sonradan öyrəndim ki, bu adam dələduzdur. Dərhal hüquq-mühafizə orqanlarına müraciət etdim. Sağ olsunlar, hadisəyə hüquqi qiymət verdilər. Mənə dəymiş ziyanı da ödəyiblər.
H. Fətəliyev Rzamin Həşimova pul verən verən zaman onu gizli kameraya da çəkib.