Tovuz rayon sakini özünü bıçaqlayıb.
Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Rəhimov Tahir Məhəmmədəli oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Araşdırmalar zamanı T.Rəhimovun əsəbiləşərək özünü bıçaqladığı məlum olub.
Faktla bağlı araşdırmalar davam edir.