Bakıda avtomobil yanıb.
Unikal.org xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.
Məlumata görə, bu gün səhər saatlarında həmin ərazidə Kənan Nizami oğlu Fərzəliyevə məxsus 90-GA-562 dövlət nömrə nişanlı "Subaru markalı şəxsi avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, yanğın söndürülüb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
K.Fərzəliyev Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətində çalışır.
Qeyd edək ki, Yasamal rayonu ərazisində yol polisi əməkdaşı sürücüdən rüşvət alarkən jurnalistin kamerasına tuş gəlib. Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin inspektoru Fərzəliyev Kənan Nizami oğlu sürücüdən qanunsuz olaraq pul tələb edib. Jurnalist Toğrul Allahverdili gördüyü hadisəni lentə almağa çalışsa da, yol polisi əməkdaşı jurnalistə qarşı kobud davranışlar nümayiş etdirib.