Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə şəhərin Mehmandarov küçəsi, 2 ünvanında, yerli sakin Əbilov Davuda məxsus fərdi yaşayış evində qeydə alınıb.
Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib. Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı uşaq - 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.