Qusar rayonunda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, rayonun Muruq kənd sakini 1985-ci il təvəllüdlü Şahdabəyov Elbrus Əjdər oğlu özünü asaraq intihar edib. Onun meyiti kəndin yaxınlığındakı alma bağında ağacdan asılı vəziyyətdə tapılıb. Məlumata görə, Elbrus Şahdabəyov evli olub. O hadisə vaxtı sərxoş vəziyyətdə imiş.
Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.