Türkiyənin "atası" hesab edilən lider Mustafa Kamal Atatürkün vəfatının 80-cı il dönümü münasibəti ilə Ədirnədə mərasim təşkil edilib.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, mərasim zamanı Atatürkün əleyhinə şüar səsləndirən E. Ş adlı qadın 21 yaşlı hicablı qadın saxlanılıb. Belə ki, qadın "Atatürk Allah deyil, Allahın qanunları var. Atatürk Qərbin qanunlarını gətirdi" kimi ifadələr səsləndirdi.

O, izahat verməsi üçün polis bölməsinə aparılıb.