Fransada yaşayış binasının eyvanının uçması faciəyə səbəb olub.
Unikal.org xəbər verir ki, hadisə Marsel şəhərində qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində eyvanda olan 59 yaşlı qadın, 7 yaşlı uşaq və binanın qarşısından keçən 24 yaşlı qadın xəsarət alıb.
Qeyd edək ki, noyabrın 5-i Marseldə yaşayış üçün yararsız olan 3 mərtəbəli bina uçub. Dağıntılar altından 8 nəfərin cəsədi aşkar edilib.