Bu gecədən səhərə doğru, Azərbaycanın bir sıra yerlərində yanğın hadisəsi baş verib. 

FHN-dən Unikal.org-a verilən məlumata görə, Füzuli rayonunun Arayatlı kəndində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 8 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəmkir rayonunun Bayramlı kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 24 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.