Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarı qəbul edib.
Unikal.org xəbər verir ki, prezident Məhəmməd Əşrəf Qaninin ölkəmizə rəsmi səfərini xatırlayan dövlət başçısı səfərin uğurlu və səmərəli keçdiyini məmnunluqla qeyd edib. İlham Əliyev hər iki ölkənin dövlət başçıları səviyyəsində çox yaxşı münasibətlərin qurulduğunu deyib. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu deyən prezident Azərbaycanın daim Əfqanıstanın yanında olacağını qeyd edib. Dövlət başçısı Xanif Atmarın Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud əlaqələrin, eləcə də əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı müzakirələrin davam etdirilməsi baxımından önəmini vurğulayıb.

Mohammad Xanif Atmar Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.