Heydər Əliyev Beynəlxalq Hava Limanının "Operations Control Center (OCC) dispetçer mərkəzinin məlumatlarına əsasən, AZAL aviaşirkətinin təyyarələri dünən rusiyalı həmkarlarından Moskva səmasında hər hansı təhlükə barədə məlumat almayıblar.
Unikal.org AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, AZAL-ın təyyarələri havada təyyarələrin toqquşmasının qarşısını almaq üçün nəzərdə tutulmuş TCAS sistemi ilə təchiz ediliblər. TCAS sistemindən də hər hansı təhlükə ilə bağlı məlumat daxil olmayıb.
O da əlavə olunub ki, belə bir hadisə baş veribsə, Bakıdan uçan təyyarə AZAL aviaşirkətinə aid olmayıb.
* * *12:58
Moskva səmasında sərnişin təyyarələri son anda toqquşmadan qaça biliblər.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə dünən, noyabrın 15-də baş verib.
Moskvanın "Domodedovo hava limanından Penzaya uçan təyyarə Bakıdan "Vnukovo hava limanına uçan təyyarə ilə toqquşma təhlükəsi yaşayıb.