Avropa
Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali
nümayəndəsi Federika Moqerini və Avropa Birliyi Komissiyasının üzvü
Yohannes Xan 22 noyabrda Türkiyəyə səfərə gəlir.
Unikal.org xəbər verir ki, qonaqların Türkiyə Xarici İşlər
naziri Mövlud Çavuşoğlu ilə geniş tərkibdə görüşü gözlənilir.
Görüşdə
iqtisadiyyat, maliyyə, energetika, təhlükəsizlik məsələləri,
terrorizmlə mübarizə, miqrant və viza məsələrinin müzakirəsi nəzərdə
tutulur. Bundan əlavə, Balkanlar, Suriya, İraq və Yaxın Şərqdə sülh
prosesi nəzərdən keçiriləcək.
Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.