Türkiyə Hərbi Qüvvələri həftə ərzində68 terrorçunuzərərsizləşdirib.
Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verirki, bu barədə ölkənin MilliMüdafiə Nazirliyi məlumat yayıb.
PKK, PYD, YPG və İŞİD-ə qarşı antiterror əməliyyatları Diyarbəkir, Hakkari, Tunceli, Şırnak, Mardin vilayətlərində, həmçinin İraqın şimalında keçirilib. Əməliyyatların gedişatında Türkiyə ordusunun2hərbi qulluqçusu həlak olub, daha3hərbçi yaralanıb.
Terrorçulardan xeyli miqdarda silah-sursat götürülüb, habelə silahlıların31atəş nöqtəsi, sığınacağı və silah anbarı məhv edilib.
Məlumatda həmçinin bildirilir ki, Suriyanın Afrin bölgəsində başlanan "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 4585 nəfərəçatıb.