Meksikanın qərbində yerləşən Halisko ştatında "Pemex" dövlət neft-qaz şirkətinə məxsus neft kəmərində güclü yanğın olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisəyə Tlahomulko-de-Sunyiqa bölgəsi ərazisində duru yanacaq oğrurluğu səbə olub. Belə ki, oğrular tərəfindən boru qanunsuz olaraq deşilib və nticədə yanğın baş verib. Hadisə baş verən ərazi yaxınlığıda cinayətkarlara aid olduğu ehtimal edilən 7 maşın da yanıb. 

Alovun söndürülməsi üçün əraziyə 170-dən çox yanğınsöndürən və xilasedici dəstə cəlb olunub.