Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə regional hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə edilib.