"Erməni soyqırımı"na dair qanun layihəsinin Bundestaq tərəfindən qəbul olunması Türkiyə-Almaniya münasibətlərinə xələl gətirə bilər.
Unikal.org-un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Mən xanım Merkel ilə telefon danışığı apardım. O, əlindən gələni edəcəyini bildirdi. Məgər uydurma "soyqırımı" ilə bağlı problem var? Bizim bu mövzu ilə bağlı narahatlığımız yoxdur. Almaniya ilə çox yüksək səviyyədə münasibətlərimiz mövcuddur orada üç milyon türk yaşayır. Əgər biz bu cür oyuna getsək, bu bizim münasibətlərimizə xələl gətirə bilər. Qəbul olunmayan bir qərarı qiymətləndirməyin düzgün olmadığını düşünürəm. O nə vaxt qəbul olunacaqsa, biz də o zaman onu qiymətləndirəcəyik. Lakin onun beynəlxalq hüquqla heç bir əlaqəsi yoxdur", -deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, uydurma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutulan layihə iyunun 2-də Bundestaqda səsverməyə çıxarılacaq.