Bakıda 1 ədəd əl qumbarası tapılıb.

ANAMA-dan Unikal.org-a verilən məlumata görə, dünən saat 14:21-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Nizami rayonu ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Bakı şəhəri, Səbail rayon Polis idarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.