İsveçin avtomobil istehsalçısı "Volvo Çin bazarında satdığı 16 min 582 avtomobili qoşulma modulunun proqram təminatındakı qüsurlara görə geri çağırır.

Unikal.org xəbər verir ki, geri çağırılan avtomobillər 2016-2018-ci illərdə idxal edilmiş və "Volvonun Çindəki zavodlarında yığılmış "XC90, "S90, "V90CC və "XC40 modelindən olan nəqliyyat vasitələridir.

Bildirilir ki, "Volvo qüsurlu avtomobillərin proqram təminatını öz hesabına yeniləyəcək.