Türkiyə Xarici İşlər Nazirliyi Fransaya səfərlə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Unikal.org xəbər verir ki, XİN-nin bəyanatında paytaxt Paris başda olmaqla, digər şəhərlərin də nümayişlər keçirilən ərazilərindən uzaq durmaları tövsiyə olunub.

"Vətəndaşlara təhlükəli küçələrdə, prosepektlərdə, meydan və ərazilərdə uzun müddət qalmamaları tövsiyə olunur, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Fransada iqtisadi durumla bağlı bir neçə gündür ki, başlanan və zorakılıqla müşayiət edilən iğtişaşlar səngimir.