Kanadanın Toronto şəhərinin qərbində  naməlum şəxslər arasında silahlı hadisə baş  verib.

Unikal.org xarici mətbuata  istinadən xəbər verir ki, insident  zamanı qadın güllə yarası alıb. O təcili olaraq xəstəxanaya yerləşdirilib.
Polisdən bildirilən  məlumatına görə, qadının həyatı  təhlükəsi yoxdur.
Hadisəni törədən şəxslər hazır azadlıqdadır, polis onları tuta bilməyib. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində atışmaya aid ola biləcək iki avtomobilə baxış keçiriblər.