İran Neft İxracatçısı Ölkələri Təşkilatı
(OPEC) üzvlüyündən çıxmaq niyyətində deyil, amma hasilatın
azaldılmasında da iştirak etməyi düşünmür.
Unikal.org "RİA Novostiyə istinadən xəbər verir ki, bunu "Bloombergə açıqlamasında ölkənin OPEC-dəki daimi nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili bildirib. O, OPEC+ formatı daxilində hasilatın azaldılmasını müsbət qiymətləndirib.
"Əlbəttə İran hasilatı azaltmayacaq. Təbii ki, bunu İrandan xahiş edən yoxdur, çünki mövqeyimiz aydındır: ABŞ bizə qarşı sanksiyalar tətbiq etdiyindən neft hasilatını azaltmaq fikrində deyilik - deyə iranlı diplomat vurğulayıb.