Çində bir gənc iflic olmuş anasını 15 ildir belində gəzdirir.
Bu barədə Unikal.org TV "Peope"yə istinadən xəbər verir.
Bildirilir ki, ailə başçısı 2003-cü ildə vəfat edib. 22 yaşlı gənc yerimə qabiliyyətini itirmiş anasına özü qayğı göstərməli olub. Qadın xəstəliyi ilə əlaqədar avtomobilə minə bilmir. Buna görə də oğlu onu belində gəzdirmək məcburiyyəti ilə üzləşib.
Gənc müxtəlif
şəhərləri gəzərək, pul qazanmağa çalışıb. O, 2015-ci ildə tikiş
fabrikində işə düzəlib. Lakin fabrik yarım il sonra bağlanıb. Ana və
oğlu sonda doğma kəndə qayıdıblar. Sakinlər burada onları iş və evlə
təmin ediblər.