İzmirdə Konak əyalətində işə gedənlər İzmir Büyükşehir Bələdiyə binasının qarşısında dənizdə hərəkətsiz dayanan kişini görüb polis və təcili tibbi yardıma xəbər veriblər.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin əraziyə dəniz polisi əməkdaşları cəlb olunub.

Öldüyü dənizin üzərindəki kişi meyiti poislərin istifadəsində olan qayığa qaldırılıb və sahilə gətirilib.

Cəsədin 18 yaşlı Murat İpekişen adlı bir şəxsə aid olduğu məlum olub. Ekspertiza zamanı onun üzərində döyülmə və ya xəsarət aşkarlanmayıb. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.