Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsinə Yeni Azərbaycan Partiyasının iclasında iştirak etmədiyi üçün töhmət verilməsi məsələsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
 
Bununla bağlı unikal.org-a Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov  münasibət bildirib. 
 
-Siyavuş müəllim yəqin ki, Azərbaycan Dillər Universitetində tələbələrə YAP-ın iclasında iştirak etmədikləri üçün töhmət verilməsi ilə bağlı yayılan sənəddən  məlumatlısınız? Bu barədə nə deyə bilərsiniz?

-Öncə deyim ki, qeyd olunan ərazi Nəisimi rayonudur. Bizim partiyanın orada 24 min üzvü var və çoxunu gənclər təşkil edir. Bu sadəcə olaraq böhtandır, yalandır. Respublika üzrə YAP-ın 700 mindən artıq üzvü var. Biz yaxın günlərdə 700 mininci vəsiqəni təqdim etdik. Belə olan halda hansısa zonanı tədbirə çağırmağa, tədbir keçirməyə ehtiyacı yoxdur. 

-Partiyaya qəbul proseduru necə həyata keçirilir?

Vətəndaş müraciət edir ilk partiya təşkilatına. Onun ərizəsinə baxılır. Bununla bağlı partiyanın Rayon Təşkilatına müraciət göndərilir. Müvafiq sənədlər doldurulduqdan sonra həmin vətəndaş partiya sıralarına qəbul edilir. 

-Partiyanın neçə faizi gənclərdir?

-Partiyanın 40 faizə yaxını gənclərdir. Bu elə bütün rayonların payına düşür. Nəsimi rayonunda məktəblər, ali təhsil müəssisələri çox olduğundan burada gənclərin sayı bir az da artıqdır. 

-Sizcə dekanın tələbələrə qeyd olunan səbəbdən töhmət verməsi partiyanın mövqeyinə xələl gətirirmi?

-Bunlar hamısı yalan məlumatlardır. Meydantv yalandan öz adamlarından birini danışdırır. Onu xalqın adından danışan şəxs kimi təqdim edir. Sonradan bəlli olur ki, bu adam  AXCP-nin nümayəndəsidir. Meydan TV dəfələrlə belə yollara əl atıb.  Misalçün, hansısa rayonda femerdən mmüsahibə alırlar . O da höküməti tənqid edir. Sonradan aydın olur ki, bu adam ümumiyyətlə fermer deyil. Ona pul verirlər ki,  bu cür danış. Avropaya yayaq görsünlər ki, Azərbaycanda vəziyyət belədir. Bunlar hamısı Meydan TV-nin qurama işləridir.
 
Amid