Şabran rayonunda intihara cəhd olub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə "Beş sotlar" adlanan ərazidə qeydə alınıb.
Belə ki, rayon sakini, 1977-ci il təvəllüdlü N.Q. özünü yaşadığı evdə asaraq intihar etmək istəyib. Bu zaman onu asılı vəziyyətdə görən ana oğlunu xilas edib.
N.Q. xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.