Cəlilabad rayonunda 30 yaşlı kişi xəstəxanda ölüb.
Unikal.org-un report-a istinadən məlumatına görə, rayonun Qarazəncir kənd sakini, 1988-ci il təvəllüdlü Emin Aslan oğlu Mehbalıyevin halı pisləşib. O, yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qaldırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
E.Mehbalıyev mağazadan aldığı şirniyyatdan (bulku) zəhərlənərək öldüyü iddia edilir.
Faktla bağlı araşdırma aparılır.