Bakıda Türkiyə vətəndaşı qəza törədib.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Rayonun X.Rüstəmov küçəsi, 7 saylı ünvanın qarşısında Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Çelik Sinan İmam oğlu idarə etdiyi "Audi" markalı 90-GX-991 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Mehdiyeva Güləzər Qismət qızını vurub.
Yaralı qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.