Gəncə şəhərində fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Unikal.org-un report-a məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsi, bina 44-də qeydə alınıb.
Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hacıyev Hikmət Misir oğlu binanın dam örtüyünü düzəldən zaman ehtiyatsızlıqdan yerə yıxılıb. Nəticədə o, hadisə yerində keçinib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.