Bakıda avtobus piyadanı vuraraq öldürüb. 

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, dekabrın 18-də saat 8 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini Əhəd Məmmədov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən paytaxt sakini Valentina Mişinkinanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.