Bakıda qadın sürücü avtomobilini yük maşınına çırparaq ölüb. 

Daxili İşlər Nazirliyindən Unika.org-a verilən məlumata görə, dekabrın 18-də saat 22 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Gülarə Qəbulova idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Asəf Abdinova məxsus “MAN” markalı avtomobilin qoşqusuna vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

Binəqədi rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.