Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Unikal.org-un məlumatına görə, Sumqayıtda şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ adlayıb. Premyer Liqanın lideri olan "Neftçi" isə mübarizəni dayandırıb.
Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.