Ötən gün Cəlilabadda məktəb direktorunun 9-cu sinif şagirdini döyməsi ilə bağlı mediada və sosial şəbəkələrdə video yayılıb.
Cəlilabad Rayon Təhsil Şöbəsindən Unikal.org-a verilən məlumata görə, həmin məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb:
"Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".