Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Unikal.org-un report-a istinadən məlumatına görə, "NazLifan" markalı avtomobilin qarşıda gedən traktorun qoşqusuna çırpılması nəticəsində 3 nəfər - İsmayılov Elburus İldırım oğlu, İsmayılova Xurmayə Maşallah qızı və Vüqar İsmayılov xəsarət alıb.
Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.