“Qalatasaray”ın Super Liqada “Sivasspor”u 4:2 hesabıyla məğlub etdiyi matç “sarı-qırmızılar”ın gənc futbolçusu Mustafa Kapı üçün əlamətdar olub.
Unikal.org xəbər verir ki, qarşılaşmanın 90+4-cü dəqiqəsində oyuna daxil olan 16 yaşlı futbolçu, “Qalatasaray” tarixində rəsmi qarşılaşmada forma geyinən ən gənc oyunçu olub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Mustafa Kapıya qədər “Qalatasaray” tarixində rəsmi matçda forma geyinən ən gənc futbolçu Əmrə Bələzoğluydu. O, 1997-ci ilin mayında sarı-qırmızılı formanı geyinərkən, 18 yaş 8 aylıq idi.