Almaniya I Dünya Müharibəsində Osmanlı ilə müttəfiq olub. Qondarma "erməni soyqırımı"nı tanıyanda heç olmasa, bundan utanaydılar".
 
Unikal.org bildirir ki, bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Almaniya parlamentinin uydurma "erməni soyqırımı"nı tanımasına münasibət bildirərkən deyib.
 
O bildirib ki, Almaniya bundestaqının qaçqınlar, dondurulmuş münaqişələr haqqında qanun qəbul etmək əvəzinə, qondarma "soyqırımı" tanıması absurddur: "Təəccüblüdür ki, dünyada böyük hadisələrin getdiyi vaxtda Almaniya parlamenti qondarma "erməni soyqırımı"nı tanıyır. Əgər Almaniya parlamenti qaçqınlar, miqrantlar, dondurulmuş münaqişələr haqqında qanun qəbul etsəydi, bunu başa düşmək olardı. Digər tərəfdən, Avropa bütövlükdə həm Afrikadan, həm Ərəbistan yarımadasında köç edən 150 min qaçqına sahib dura bilmədiyi halda, Türkiyə bu gün 3 milyon qaçqını qəbul edib. Budur, Türkiyənin humanistliyi. Onlar isə qaçqınların qarşısına tikanlı məftillər çəkirlər, insani normalara sığmayan vəziyyətdə saxlayırlar. Bununla məşğul olmaq lazımdır. Başqa-başqa adlar altında bəzi ölkələri viran qoydular, qarşıdurma yaratdılar. İŞİD-ə qarşı Almaniya hansı addımı atıb? Bundan danışsınlar. Yoxsa 100 il əvvəl nəsə baş verib, bir erməninin başına daş dəyib, bunu müzakirəyə çıxarmaq, doğurdan da ədalətsizlikdir. Bu, həm beynəlxalq hüquqa, həm ədalətə, həm də haqqa ziddir. Bu baxımdan, Almaniyanın bu addımı heç cür qəbul oluna bilməz. Guya, Türkiyədə erməni öldürülüb. Əksinə, ermənilər türklərə qarşı daim soyqırımı törədiblər".
 
S. Novruzov qeyd edib ki, ermənilərin törətdiyi Xocalı soyqırımı faktlarla sübuta yetirilsə də, Almaniya bunu tanımır.
 
Millət vəkili Azərbaycan və Türkiyənin bu qərara qarşı birgə mübarizə aparmalı olduğunu da vurğulayıb.