Bu gün Almaniya Bundestaqı 1915-ci il hadisələrini soyqırım kimi nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə qəbul edib. Bu hadisə Türkiyə ilə bərabər Azərbaycanı da məyus etdi. Təssüf edici hal ondan ibarət oldu ki,  qalmaqallı sənədin altında əsli türk olan Yaşıllar Partiyasının lideri, türk əsilli Cem Özdəmirin də var.
 
Almaniyada qondarma "erməni soyqırımı" iddialarının fəal dəstəkçilərindən olan Yaşıllar Partiyasının lideri C.Özdemir 15 il əvvəl yazdığı məqaləsində Fransada soyqırımın tanınmasını tənqid edərək, "1915 və ondan əvvəl 1895-ci ildə baş verən hadisələrin ələ alınma yeri nə Vaşinqton, nə də Paris və Berlindir" deyə vurğulamışdı.
 
BƏS ÖZDƏMİRİ KİM BU GÜNƏ SALDI?
 
Ötən ilin noyabr ayında Türkiyə Suriya ilə sərhəddə Rusiya qırıcısını vurduqdan sonra iki ölkə arasında münasibətlər gərginləşdi. Təbii ki, buna ilk sevinən ölkə Ermənistan oldu. Hər zaman olduğu kimi bu dəfədə Ermənistan və onun dığa Sarkisyan hakimiyyəti dərhal Rusiyanın maliyyə dəstəyi ilə Türkiyəyə qarşı bütün "lazimi addımlar"ı atmağa başladı. Öncə xaricdəki diaspor təşkilatları vasitəsi ilə uydurma erməni "soyqrımını" tanıtmaq üçün əlindən gələni edir. Xaricdə yaşayan, ayağı sürüşkən türklərdən istifadə etmək düşmən ölkənin əlinə əsas izi oldu. Almaniyada Yaşıllar Partiyasının lideri Cem Özdəmiri erməni disporası maliyyələşdirərək öz tərəflərinə çəkməyə başladılar. Bunun üçün Özdəmir İrəvana dəvət alır. Dığa ölkənin prezidenti Sarkisyanla görüşür və plan cızılır. Təbii ki, Almaniyada böyük nüfuza malik olan türk siyasətçidən o ki var istifadə etməyi bacarır və ən böyük arzusuna Ermənistan çatır. 2 iyun Almaniya uydurma erməni "soyqrımını" türk əsilli Almaniya vətəndaşı Cem Özdəmirin əliylə qəbul elətdirə bilir. 
 
Özdəmirin Sarkisyanla qardaşlığ görüşündən FOTO.
 
"Erməni soyqrımı abidəsi"ni ziyərətdən FOTO
 
Cem Özdəmiri Ermənilərlə kim qardaşlaşdırdı?
 
Hər kəsə məlumdur ki, bu gün Türkiyə PKK-a ilə ciddi mübarizə aparır. PKK Türkiyədə böyük terorlar törətməklə qardaş ölkənin ərazisində müstəqillik istəyir. Təbii ki, buna hər zaman Türkiyə ərazilərində torpaq iddiasında olan Ermənistan da qoşulur. Dolayısı yollarla dığa ölkə əldə etdiyi çirkli pullarla PKK-nı maliyyələşdirir və silahlandırır. Türkiyə Rusiyiya münasibətləri gərginləşdikdən sonra Rusiyada açıq şəkildə bu "kompaniyaya" qoşuldu. Dərhal Kürd Fəhlə Partiyası – PKK terror təşkilatının siyasi qolu HDP-nin həmsədri olan Səlahəddin Demirtaş Rusyanın paytaxtı Moskvaya dəvət alır. Bəzi məlumatlara görə, Demirtaşı Rusiya prezidenti Vladimir Putin yüksək şəkildə qarşılayaraq ona bütün lazimi dəstəyin veriləcəyini bildirib. 

Türkiyə prezidenti Ərdoğan bir müddət bundan əvvəl bildirmişdir ki, hazırda PKK terrrorçuları Rusiyanın verdiyi zenit qurğuları və raketlərdən istifadə edirlər. Bu silah terror təşkilatına Suriya və İraq vasitəsilə çatdırılır. 
Səlahəddin Demirtaş da Cem Özdəmirlə dosluq münasibətləri var. Türkiyə Partiya sədrinin əliylə ermənilərlə yüksək ilişki quran Cem Özdəmir sonda Almaniyada erməni "soyqrımın" tanıtmasına ən böyük yardımçı oldu.
 
Dəfələrlə Cem Özdəmir Almaniya Bundestaqında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qanun layihəsini təqdim etsədə bu qəbul edilmirdi. Görünür Türkiyə Rusiya münasibətlərinin gərginləşməsindən sonra düşmən ölkənin əliylə Rusiyadan artan maliyyə vəsaiti Cem Özdəmirin cibi vasitəsilə Alman deputatlarının əlinə çatdı. Bununlada düşmən ölkə ARZUSUNA ÇATDI.... Amma yenədə düşməni bu "arzusuna" rus deyil, türk çatdırdı.
 
Unikal.org
 Amid Əyyuboğlu