Bakı metrosunda ölüm hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə A24.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, hadisə bu gün 16:25 radələrində metronun “28 May” stansiyasında baş verib. Belə ki, Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Nazim Əhmədov qatar gözləyən zaman qəfildən yerə yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin şəxsin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.