Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin süni gölə düşməsi barədə məlumat daxil olub.
FHN-dən Unikal.org-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.