Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonunda səkkizinci sinifdə oxuyan qız qaçırılıb.
230 nömrəli tam orta məktəbdən Unikal.org-a verilən məlumata görə, məktəbin 8b sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dekabrın 25-də 5-ci dərsin sonuna qədər dərsdə iştirak edib. 6-cı dərs fiziki tərbiyə fənni olduğu üçün şagird idman meydançasına və oradan da evə gedib.
Ancaq şagirdin valideynləri övladının evə gəlmədiyini bildirib.
Məsələ ilə bağlı aparılan araşdırmadan məlum olub ki, ailə problemli ailədir. Şagirdin ata və anası ayrılıb. Sonradan şagirdin anası yenidən başqa kişi lə ailə qurub.
Sinif yoldaşlarından aldığımız məlumata görə, şagird evdəki problemlərlə bağlı məktəbdən çıxacağını söyləyib. Hadisədən bir neçə saat sonra qaçırılan qızla əlaqə saxlanılıb.
Famil Fərhadoğlu