İspaniyanın "Real Sosyedad" klubu baş məşqçisi Asyer Qaritano ilə yollarını ayırıb.
Unikal.org klubun saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin müqaviləsi ləğv olunub.
Onu bu postda kimin əvəzləyəcəyi ilə bağlı məlumat verilməyib. Asyer Qaritano may ayından komandaya rəhbərlik edib. Onun klubla müqaviləsi 2021-ci il iyun ayının 30-na qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, "Real Sosyedad" La Liqada 17 turdan sonra 19 xalla 15-ci pillədə qərarlaşıb.