Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dilində oxu müsabiqəsi keçirilib.

Unikal.org xəbər verir ki, müasir Çin dövlətinin qurucusu, XX əsrin görkəmli dövlət xadimi və siyasətçisi Mao Tzedunun 125 illik yubileyinə həsr olunmuş ədəbi müsabiqədə ADU-nun Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak edib.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, siyasi işlərlə yanaşı Tan sülaləsinin klassik formada yazdığı təxminən 20 şeir Mao Tszedunun ədəbi irsinə daxil edilib. R. Abbasov vurğulayıb ki, Tan dövrü Çin poeziyasının "Qızıl dövrü" hesab olunur. Tan dövrünün poeziyası yüksək insan duyğuları və düşüncələri, ölkənin sevgisi, dostluq idealları, vəzifə sadiqliyi ilə zəngindir. 

Müsabiqədə tələbələr Mao Tzedunun "Çanşa", "Böyük yürüş", "Qar", "Li Şui tərəfindən cavab" və "Əriyin çiçəyi üçün qəsidə” adlı  məşhur şeirlərini oxuyublar.  İştirakçıların çıxışları ifadəli oxu, ədəbi danışma, həssaslıq və performansın orijinallığı kimi meyarlara əsasən qiymətləndirilib. Sonda müsabiqənin bütün iştirakçılarına mükafatlar təqdim olunub.