“Qarabağ”ın futbolçusu Donald Gerye “Loop Haiti” portalının apardığı araşdırma nəticəsində 2018-ci ilin ən uğurlu haitlilərindən təşkil olunmuş “Top-10”a düşüb.
Unikal.org xəbər verir ki, 29 yaşlı futbolçu Amerika, Avropa, Afrika və Karib hövzəsində yaşayan 2 milyondan çox soydaşı arasında fərqləndirilib.
Siyahıda ölkəni idman, incəsənət, mədəniyyət, kino, musiqi və digər sahələrdə beynəlxalq səviyyədə təmsil edən şəxslər yer alıb. Geryenin “Top-10”a düşməsinə bu cür şərh verilib:
“İkinci mövsümdür Azərbaycanda çıxış edən haitili futbolçu, bu il Azərbaycan Premyer Liqasının ən yaxşı əcnəbi oyunçusu seçilib. Mövsümün əvvəlində İtaliyadan təklif aldığı deyilsə də, o, “Qarabağ”da qaldı və ölkə çempionu oldu. Geryenin də yaxşı oyunu sayəsində “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Gerye əvvəl Polşanın “Visla” klubunda çıxış edib və 450 min avro qarşılığında Türkiyənin “Alanyaspor” klubuna keçib”.